AKİAB partnyorları ilə "OĞUZ" Səfərində!

2025-04-07 2344

Oğuz rayonunda AKİAB partnyorlarının iştirakı ilə keçirilən görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Dövlət Məşğulluq Agentliyi-nin sədri Sadiq Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin nümayəndəsi Hidayət Abdullayev iştirak etdilər.
Görüş zamanı əmək bazarının inkişafı, məşğulluq siyasəti, sosial müdafiə tədbirləri və sahibkarlara dəstək mexanizmləri müzakirə olundu. Rəsmi şəxslər çıxışlarında bu sahələrdəki yeniliklər, qanunvericilikdə edilən dəyişikliklər və sahibkarlar üçün yaradılan imkanlar barədə məlumat verdilər.
İştirakçılar iş yerlərinin yaradılması, əmək hüquqları və sosial müdafiə məsələləri ilə bağlı suallarını ünvanlayaraq, mövcud problemlər və onların həlli yolları haqqında ətraflı məlumat aldılar. Görüş qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından məhsuldar və səmərəli keçdi.


Bir rəy bildirin...